Düşmən Tərtər və Füzuli rayonlarını atəşə tutur

qrad

Döyüşlərin 13-cü gününə təsadüf edən və bu gün, oktyabrın 10-da 12:00-dan humanitar məqsədlərlə atəşkəs razılaşmasının qüvvəyə minməsinə bir neçə saat qalıb.

XALQ.AZ xəbər verir ki, Tərtər istiqamətində ötən günlərdən fərqli olaraq düşmən gecə saatlarında da atəşi dayandırmayıb. Hazırda da Tərtər istiqamətində top səsləri eşidilir, ordumuzun hissələri düşmənin atəş nöqtələrini susdurmaq üçün adekvat addımlar atır. 

Həmçinin cəbhənin Füzuli istiqamətində döyüşlər davam edir. Kəndlər, qəsəbələr və ordumuzun mövqeləri atəşə tutulur.

Bu gün səhər 6-da döyüşlərin 14-cü günü tamamlanıb və ötən müddətdə işğaldan azad olunan Azərbaycan ərazilərində düşmənin xeyli sayda məhv edilmiş canlı qüvvəsi qalıb. Veriləcək zamanda düşmən ərazilərimizdən meyitlərini daşıyıb Ermənistana aparmalıdır…