“Düşmən ölkəmizə qarşı həm də informasiya müharibəsi aparır”

Sosial media platformaları müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir. İnformasiya bolluğu, insanlar arasında wnsiyyətdə məkan və məsafənin aradan qaldırılması sosial şəbəkələrə marağı gündən-günə artır. Artıq günümüzü XXI əsrin unikal imkanına çevrilən sosial şəbəkələrsiz təsəvvür edə bilmirik.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, sosial şəbəkələrinin yaratdığı imkandan sui-istifadə edənlərin, müxtəlif məqsədlər, xüsusilə də siyasi, sosial və iqtisadi təxribatların törədilməsi üçün istifadə edirlərin də sayı az deyil. Necə ki, mənfur qonşularımız təxribatlarını təkcə cəbhə xəttində deyil, sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışırlar. Öz məkirli və çirkin siyasətini davam etdirən, torpaqlarımıza göz dikən, dinc sakinləri qətlə yetirən işğalçı Ermənistan elektron rabitə xətlərimizə də intensiv hücumlar həyata keçirir. Düşmən ölkəmizə qarşı təkcə hərbi əxribat törətmir, həm də informasiya müharibəsi aparır.

Hər zaman pusquda duran düşmən sosial şəbəkələrin imkanlarından istifadə edərək, məkrli planlarının reallaşdırılmasında ictimai rəyə təsir etməyə çalışırlar. 2016-cı ilin aprel döyüşləri zamanı və sonrakı mərhələdə, həmçinin iyul ayında Tovuz rayonu istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, düşmən hərb meydanı ilə yanaşı ölkəmizə qarşı virtual savaş açaraq, çirkin niyyətinihəyata keşirməyə çalışır. Bu müharibədə əsas silah yalan və şayiələrdir və əsl hədəf isə vətəndaşlarımızın düşüncəsinə təsir etməkdir.

Ölkəmizin uğurlarına “qara eynək”dən baxan, düşmən dəyirmanına su tökən sosial media və digər onlayn platforma istifadəçiləri, Vətəninə, el-obasına düşmən kəsilənlər qısa müddətli də olsa “stəkanda burulğan” yaratmağa, insanların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləməyə çalışırlar.

Sosial şəbəkələrdə ölkəmizi, cəmiyyətimizi siyasi oyunbazlardan qorumaq hər bir sosial şəbəkələrdən istifadə edən Azərbaycan vətəndaşının əsas vəzifəsi olmalıdır. Virtual savaşda hər kəs səfərbər olmalı, hərb meydanında olduğu kimi, sosial şəbəkələrdə də düşmənin məkrli fəaliyyətlətlərini həyata keçirirməyə imkan verməməlidir.