Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.


XALQ.AZ-a Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
  –   200-dək tank və digər zirehli texnika;

  –   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  –   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  –   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  –   5 silah-sursat anbarı;

  –   110-dan artıq avtomobil texnikası;

  –   1 ədəd “S-300” zenit-raket kompleksi