Duz insanı tez qocaldır

Duz

Duzlu qidalar insanın qocalma prosesini tezləşdirir.

Xalq.az-ın məlumatına görə, Amerikanı Corciya universitetinin alimləeri bunu təcrübə yolu ilə müəyyən ediblər. Təcrübədə duzun insan orqanizminə təsirini aşkar etmək üçün 14-18 yaş arasında 766 yeniyetmə iştirak edib. Araşdırmanın gedişatında alimlər insan orqanizminin vəziyyətini öyrənib, orqanizmdə telomerlərin uzunluğunu ölçüb.

Telomerlər – xromosomun sonluqlarıdır ki, onlar müdafiə funksiyasını yerinə yetirir. Onların uzunluqları orqanizmin vəziyyətinin göstəricisidir. İldən-ilə orqanizm qocalır və telomerlər qısalır.

Araşdırma zamanı alimlər aşkar edib ki, gün ərzində qida zamanı 5 qramdan artıq duz qəbul edən insanlar artıq çəkidən əziyyət çəkir və onların telomerləri qısalır.

Nəticədə, alimlər bu qənaətə gəlib ki, qocalma prosesini gecikdirmək üçün gündə 5 qramdan çox olmamaq şərtilə duz qəbul etmək lazımdır.

Qeyd edək ki, Amerikanın bəzi şəhərlərində və bəzi Avropa ölkələrindəki yeməkxanalarda stolun üstünə duzqabı qoyulmur. Ancaq müştərinin tələbi olarsa ona duz verilir.