Eduard Məmmədov dünya kəməri uğrunda döyüşəcək

Eduard

Bakıda məşhur idmançılar arasında möhtəşəm döyüş keçiriləcək.

Xalq.az-ın məlumatına görə, mərkəzdə kikboksinq üzrə möhtəşəm yarış baş tutacaq. Həmin yarışda titullu idmançılar mübarizə aparacaq. Aprel ayının 27-i Bakı Əyləncə Mərkəzində keçiriləcək döyüşdə dünyanın ən titullu idmançılarından olan 17 qat dünya çempionumuz, kikboksçu Eduard Məmmədov da iştirak edəcək.

“Ağ canavar” ləqəbli dünya çempionu yarışla bağlı olaraq saytımıza bir nece melumatlar verib:

“FIGHT VISION 3” – peşəkar yarışıdır. 1 və 2-ci hissələri artıq keçirilib. 3-cü hissədə isə Azərbaycan və Hollandiya idmançıları mübarizə aparacaq. Burada 12 döyüş keçiriləcək. Mən “Neftçi İSM”in idmançısı kimi mübarizə aparacam. Rəqibim dünya çempionu Hollandiyalı Ruben Narain adlı idmançıdır. Onunla dünya kəməri uğurunda döyüşəcəyik. Tam peşəkar bir döyüş olacaq. Yəni kaskasız, ancaq əlcəklə…Qalib olan kəmərə sahib olacaq”. Eduard döyüşə ciddi hazırlaşdığını və rəqibinin də güclü olduğunu etiraf edib.

Ümüd edirik ki, maraqlı döyüş şousu baş tutacaq. Bundan əlavə olaraq döyüşdə fəxri qonaqlar da olacaq. Ədalət Şükürov və Samir Priyev qonaq qismində gələcək, həmçinin mahnıları ilə açılış edəcəklər.