“Elə pişiyim var ki, arvaddan yaxşıdır”

Mənim üçün ailə 10 kilo mal əti deyil ki, bitsin təzədən gedim alım. Həyat yoldaşım məni düşünmədi, uşaqlıq etdi

XALQ.AZ xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “X maqazin” proqramında ailə qurmaq haqda sualları cavablandırarkən deyib.

O, evlənmək niyyətində olmadığını söyləyib:

“Elə pişiyim var ki, arvaddan yaxşıdı. Yaxşıları demirəm. Xasiyyətim pisdir, arvadı yazıq edə bilmərəm. Alnıma yazılıb ki, evlənməmisənsə, səhvin varsa, canın çıxmalıdır kimsəsizlərə, ailənə baxmalısan.

Sevgilim yoldaşım olub. Ondan sonra heç kimi sevə bilmərəm. Qadın avtomobil sürməməlidir. Həyat yoldaşım ki, maşın sürdü olacaq kişi. Qadınları anam kimi görmək istəyirəm. Qadın özünü xanım, məni isə evdə başçı kimi hiss etməlidir. Toya gedəndə qoluma girib səmimi getsin. Yarıqlı paltarı geyinib kiməsə göstərməsin. Evdə yoldaşına göstərsin. Mənim üçün yaşasın, camaat üçün yox”.