EL-1 IDMAN TƏŞKİLATININ IV İslam Həmrəyliyi Oyunlarının təbliğat tədbirləri davam edir.
EL-1 IDMAN TƏŞKİLATI-nın prezidenti Elçin Çobanzadə XALQ.AZ-a bildirmişdir ki, bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün təbliğat kampaniyamız davam edir. Belə ki,24 dekabr 2016- cı ildə GARABABAGH KUBOKU keçirilmişdir, növbəti tədbir EL-1 IDMAN TƏŞKİLATI, Bakı Gənclər və İdman İdarəsinin təkilatçılığı İslam Həmrəyliyi Oyunları 100 gün qalmış BAKI KUBOKU təbliğat kampaniyası keçiriləcək. Bakı Kuboku 4 fevral 2017 -ci ildə saat 16.00-da Şağan Olimpiya Kompleksində keçiriləcəkdir. İnanıram ki, təbliğat kampaniyamız gənclərə idmanı sevdirməyə bir vasitə olacaq. Bütün gəncləri idmansevənləri “Bakı Kuboku”na dəvət edirəm.