“EL-1″ İdman Təşkilatı İslam Həmrəylik Oyunların təbliğatını davam etdirir-Fotolar

 

30 Mart tarixində “El-1” İdman Klubu İctimai Birliyi “4-cü İslam Həmrəyliyi Oyunlarına 43 gün qalıb” adlı təbliğat xarakterli mətbuat konfransı Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökümət Təşkilalarına Dövlət Dəstəyi Şurasının konfrans zalında keçirildi.

XALQ.AZ məlumat verir ki,mətbuat konfransı ,Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökümət Təşkilalarına Dövlət Dəstəyi Şurasının xüsusi dəstəyi və  “Sobsan” və  “Payim” şirkətlərinin tərəfdaşlığı ilə “EL-1” İDMAN TƏŞKİLATI  IV İslam Həmrəyliyi Oyunlarının təbliğat kampaniyasını davam məqsədi ilə keçirildi.
El- 1 İdman Klubunun prezidenti Elçin Çobanzadə konfransı açıq elan etdi: “Hər kəsi 4-cü İslam Həmrəyliyi Oyunlarına 43 gün qalıb” adlı təbliğat xarakterli mətbuat konfransında salamlayıram. Hər bir idman ictimaiyyəti Oyunlara yüksək səviyyədə hazırlaşır. Biz EL-1 İdman Klubu İctimai Birliyi olaraq, həm idman növlərinin inkişafı, həm də İslam Oyunlarının təbliğatı üçün əlimizdən gələni edirik.  Bir daha hamıya təşəkkür edirəm, hər kəs öz sahəsində bacardığı qədər ölkəmizə töhfə verirsə, deməli, hər kəs bacardığını edir.

Paraolimipiyalı cüdoçu  İlham Zəkiyev: “Biz idmançılar hər idman yarışında qürurla çıxış edirik. Mən də öz növbəmdə İslam Həmrəyliyi Oyunlarında qələbə qazanmaq istəyirəm. Gəlin, Azərbaycanımızın bayrağını qələbələrimizlə qaldıraq, sülhü təmsil edək”.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının  müşaviri, Umman Ağamalıyev: “Biz ilk dəfə El-1 İdman Klubu İctimai Birliyi ilə Bakı 2015 Avropa Oyunları zamanı tanış olduq və əməkdaşlığımız genişləndi. Ölkəmizin möhtəşəm idman yarışı-4-cü İslam Oyunlarına ev sahibliyi edəcəyi bir ərəfədə EL-1 və digər İdman İctimai Birliklərinin təbliğatını alqışlayıram”.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin nümayəndəsi də öz ürək sözlərini bildirdi: “Biz İslam Həmrəyliyi Oyunlarını səbirsizliklə gözləyirik.  İslam ölkələrini birliyə və sülhü tərrənnüm etməyə çağırıram”.

Millət vəkili Ağacan Abiyev: “Əvvəla onu qeyd edim ki, biz əksəriyyət ölkələrdə keçirilən idman yarışlarında iştirak etmişik. Azərbaycanda keçirilən idman yarışı tamamilə fərqlidir. Biz Bakı 2015 Avropa Oyunlarını keçirdiyimiz zaman bütün ölkələr bizə pərəstiş edirdi.  Bildiyiniz kimi, 2-ci Avropa Oyunları Belarusiyanın Minsk şəhərində olacaq. Biz Çingiz müəllim ilə (Milli Olimpiya Komitəsinin Vitse Prezidenti ) Belarusiyanın prezidenti Lukoşenkonun dəvəti ilə Minskdə prezident ilə görüşdük.  Görüş zamanı prezident vurğuladı ki, o Azərbaycanı çox sevir və Bakı 2015 Avropa Oyunlarını çox möhtəşəm keçdi. O dedi: “Mən şəxsən qorxuram ki, Oyunları sizin təşkil etdiyiniz səviyyədə keçirə bilməyək”.  O bizdən idman yarışları üzrə təcrübəmizi onunla bölüşməyimizi istədi”.

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanovun çıxışı da maraq doğurdu: “Azərbaycanda istənilən peşə sahibi dövlətinin sevincinə şərik olur. Təmsil etdiyim qurumda hər kəs vətənimiz üçün əlindən gələni edir. Biz böyük ümidlə İslam Oyunlarının keçirilməsini gözləyirik. Belə bir ölkənin vətəndaşı olduğumuza görə fəxr edirik və qürur duyuruq”.
Çıxış edən digər natiqlər də Azərbaycanın idman sahəsində artıq öz sözünü demiş bir dövlət olduğunu vurğuladı.  Konfransı mətbuat səhifələrində işıqlandırmaq üçün bir çox media nümayənləri də iştirak edirdi.

Фото Elchin Chobanzade.