“El Qayğısı” İctimai Birliyi 100-dən çox ailəyə yardım etdi – Foto

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə “El Qayğısı” İctimai Birliyi Bakı şəhərində 100-dən çox ailəyə yardım edib.


XALQ.AZ xəbər verir ki, birliyin sədri Elnur Quliyev açıqlamasında bildirib ki, aksiyası çərçivəsində “El Qayğısı” İctimai Birliyinin könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ictimai birliyə minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “COVİD 19” koronavirusla mübarizə istiqamətində #Evdəqal kampaniyasına dəstək verir və bu istiqamatdə bütün QHT-ləri vəhdət olmağa çağırıb.

Sədr qeyd edib ki, “El Qayğısı” İctimai Birliyi millət vəkili Azay Quliyevin çağırışına qoşularaq və ehtiyac sahibi vətəndaşlara yardımı göstərərək Millətimizin və Dövlətimizin hər zaman yanında olacaq.