“El Qayğısı” İctimai birliyi Ramazanda da yardımların davam etdirib – Foto

Müqəddəs Ramazan ayında kimsəsiz insanların yanında olmaq, onlarla maraqlanıb qayğılarını bölüşmək, imkansız ailələrə yardım göstərmək bu ayın ən böyük fəzilətlərindəndir. “El Qayğısı” – valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım ictimai birliyi birlik və bərabərlik nümayiş etdirərək ehtiyacı olan ailələrə yardımlar edib.

XALQ.AZ xəbər verir ki, birliyin üzvləri Ramazan ayında bir qrup kimsəsiz, imkansız ailələrələ görüşüb. Birliyin sədri Elnur Quliyevin sözlərinə görə, görüş zamanı bu ailələrin problem və qayğıları haqqında söhbət aparılıb və hər bir ailəyə ərzaq yardımı edilib. Onlarla görüşə gəldiyinə sevinən sakinlər onlara olan diqqət və qayğıya görə minnətdarlıqlarınıbildiriblər.

Həmçinin Elnur Quliyev qeyd edib ki, bundan əvvəl isə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən aztəminatlı ailələrin müvəqqəti olaraq düşdükləri çətin durum nəzərə alaraq “El Qayğısı” İctimai Birliyi Bakı şəhəri və Abşeron ərazisində yaşayan 100-dən çox ailəyə ərzaq yardımı paylamışdı.

XALQ.AZ