Elarizin qızının toyundan görüntülər (FOTO)

elariz

El şənliklərinin tələb olunan müğənnilərindən biri olan Elariz Məmmədov ötən gün kiçik qızına toy çaldırıb.

Xalq.az-ın məlumatına görə, ifaçı Günel adlı qızı üçün təmtəraqlı şəkildə toy təşkil edib. Şou biznes nümayəndələrinin əksərriyətinin qatıldığı toy şənliyi paytaxtın qabaqcıl restoranlarından birində baş tutub. Toyun aparıcılığını “toylar kralı” kimi tanınan və Elariz bəyin yaxın dostu olan xalq artisti Səməd Səmədov edib.

İfaçıların axın etdiyi toyda qonaqlar yorulana qədər oxuyub, oynayıblar. Ən maraqlı məqam isə şənliyin əvvəlində bəy və gəlinin birlikdə mahnı ifa etmələri olub, onların ətrafında isə balaca “mələklər” rəqs ediblər.

Qeyd edək ki, Günel xanım Nizami adlı bəy ilə ailə həyatı qurub. E.Məmmədovun dövlət işçisi ilə qohum olduğu bildirilib.
Toyda mətbuat işçilərinin iştirakına qadağa qoyulub. Buna görə də restoranın girişində 12 nəfər cangüdənin ciddi nəzarət etdiyi deyilir.

Xatırladaq ki, Elariz Məmmədoğlu iki qız, bir oğul atasıdır. Sənətçinin böyük qızı Ülviyyə ailəlidir, iki övladı var.

e-1

e-1

e-2

e-3

e-4

e-5

e-6

elariz