Elçin Allahverdiyev qadın tərəfindən qətlə yetirildi

55

 

Paytaxtda qadın kişini bıçaqlayaraq qətlə yetirmişdir

 

Binəqədi rayonunun ərazisində Bakı şəhər sakini Mədinə Mirsəliyeva münaqişə zəminində bıçaqla Füzuli rayon sakini Elçin Allahverdiyevi qətlə yetirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,M.Mirsəliyeva Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.