Elçin Hüseynov restoranın açılışını edəcək

 

16

Azərbaycanlı müğənni Elçin Hüseynov şəxsi biznesindən danışıb. O, son zamanlar görünməməyinin səbəbini də restoranın təmir işləri ilə bağlı olduğunu deyib. Bu haqda SİA-ya ifaçının özü danışaraq ətraflı məlumat verib: “Yaradıcılığıma bir az ara vermişəm. Buna səbəb şəxsi biznesimlə bağlıdır. Bildiyiniz kimi, restoranım var idi. Oranı qardaşımla birgə idarə edirdim. Hazırda sözügedən məkanı yenidən təmir etdirərək genişləndirmişik. Yaxın vaxtlarda həmin restoranın açılışını edəcəm”.

Elçin Hüseynov yeni mahnısından da söz açaraq klip çəkdirmək niyyəti olduğunu deyib: “Həmkarım, adaşım və bəstəkar Elçin Cəfərovun bəstəsi olan “Yalan” adlı mahnısının üzərində çalışıram. Onu da deyim ki, yalan danışan insanlardan xoşum gəlmir. Elə bu bəstəni də onlara həsr etmişəm (gülür). “Yalan” adlı yeni mahnıma klip çəkdirməyi də düşünürəm”.


Comments are closed.