Elçin Quliyev bilik yarışının qaliblərini qəbul edib

Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali dövlət qayğısı dayanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 iyul 2007-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Aka-demiyasının yaradılması və 2010-cu ilin avqust ayının 10-da onun yeni binalar kompleksinin xidməti istifadəyə verilməsi, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində kadrların hazırlanması üzrə mükəmməl tədris sistemi formalaşdırılıb.

Sərhədçi kursantların, o cümlədən Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin və Ulu Öndərin banisi olduğu milli dövlətçiliyimizin təşəkkül tarixinin öyrənilməsi təşkil edir. Dövlət Sərhəd Xidmətinin “Heydər Əliyev elmi araşdırmalar mərkəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissələrdə, xüsusilə də Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Xüsusi Məktəbində Ulu Öndərin həyat salnaməsinin, təhlükəsizlik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan Sərhəd Mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edilməsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsinə ciddi önəm verilir.

XALQ.AZ xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən məlumata görə, oktyabr ayının 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi bilik yarışının qalibi olub.

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul etmişdir. General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə səmimi təbrik edərək Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaş-masında dahi öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi olaraq qeyd etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizi regionun lider dövlətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çevirməsini, Azərbaycan xalqının gələcəyinə ünvanlanmış milli dövlətçilik strategiyasını uğurla gerçək-ləşdirməsini, dövlət quruculuğunun və ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini vurğulamışdır.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017 və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qaza-nılmış ciddi uğur kimi qiymətləndirmişdir.

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəti-cə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılmışlar.

Orxan