Eldar Əzizov icra başçılarına tapşırıq verdi

“Bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır”.

Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır.

XALQ.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:

“Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.

 

Orxan