Eldar Əzizov qızına 400 minlik toy edən lift müdirinin işini YOXLAMAĞA BAŞLADI

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov qızına dəbdəbəli toy etməklə gündəmə gələn Qüdrət Şükürovun idarəsində yoxlamalara başlayıb.
XALQ.AZ xəbər verir ki, Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradıb.
İcra Hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılması ilə bağlı tapşırıq verən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə araşdırmanın aparılması göstərişini verib.
Nəzərinizə çatdıraq ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından başqa Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları da adıçəkilən qurumu araşdırmağa başlayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən xəbəri Unikal.org-a təsdiqləyiblər.
Orxan