Eldar Əzizov təcili sökülən binaya getdi

Ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.

Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.

Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanıb. Həmin ildə binadan 23 ailə köçürülüb, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunub.

Eldar Əzizov təcili sökülən binaya getdi- FOTOLAREldar Əzizov təcili sökülən binaya getdi- FOTOLAREldar Əzizov təcili sökülən binaya getdi- FOTOLAREldar Əzizov təcili sökülən binaya getdi- FOTOLAREldar Əzizov təcili sökülən binaya getdi- FOTOLAR

 

Orxan