Eldar Həsənov yüksək ordenlə təltif olundu

 

Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu Serbiya Bayrağı Ordeni ilə təltif edib.

XALQ.AZ xəbər verir ki, bununla əlaqədar olaraq T.Nikoliç Azərbaycan səfirini prezident sarayında qəbul edib.

Səfir bu ordenə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə göstərdiyi xidmətlərə görə layiq görülüb.

Eldar Həsənovla birgə bu mükafata Belarus və Rusiyanın Belqraddakı səfirlər də təltif olunublar.