Eldar pul yığır

008

 

Müğənni Eldar Qasımovun maraqlı hobbisinin olduğu ortaya çıxıb.

Xalq.az axsam.az-a istinadən bildirir ki, sənətçi fərqli ölkələrin pullarını yığır.

İctimai televiziyada yayımlanan “Yeni gün” verilişinə qonaq olan Eldar hər zaman getdiyi ölkənin əskinazını gətirdiyini bildirib:

“Hansı ölkəyə gedirəmsə, oranın əskinazını gətirirəm. Fərqli pullar yığmağı xoşlayıram. Fikrimcə, ən qeyri-adi pul Qazaxıstandadır.

Eşitmişəm ki, hansısa bir ölkənin 1 pulunu saxlasan o bərəkəti artırır. Mənim də pulqabımda belə əskinazlar var və uğur da gətirir”.