Eldar Sultanov şöbə rəisi təyin olundu-Baş prokurorun əmri

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.XALQ.AZ xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorun digər bir əmri ilə E.Sultanov Baş Prokurorluğun Müraciətlərə baxılması və sənədlər izrə iş idarəsinin rəisi təyin edilib. (Bakupost)