Elman Muxtarov ermənini məğlub etdi

Gules-1

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.

XALQ.AZ-ın məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz finala yüksəlib.

50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.

60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub.

96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə qarşılaşacaq.

50 kq
1/8 final – İbrahim Nurullayev – Slavik Qalstyan (ARM) 8:0
1/4 final – İbrahim Nurullayev – Kim Juhyeon (KOR) 7:0
1/2 final – İbrahim Nurullayev – Kanaqat Akilbek (KAZ) 11:2
FİNAL – Oleksey Jabskiy (UKR) – İbrahim Nurullayev 2:9

60 kq
1/16 final – Elman Muxtarov – Kali Sulaymanov (KGZ) 10:2
1/8 final – Elman Muxtarov – Yahor Beliak (BLR) 7:1
1/4 final – Lauri Mahonen (FİN) – Elman Muxtarov 0:9
1/2 final – Yacin Ozay (FRA) – Elman Muxtarov 2:8
FİNAL – Elman Muxtarov – Karen Aslayan (ARM) 4:1

74 kq
1/16 final – Sənan Əlimirzəyev – Gela Bolkvadze (GEO) 1:2

96 kq
1/16 final – Abudurexiti Alimujiang (CHN) – Orxan Nuriyev 0:4
1/8 final – Orxan Nuriyev – Aleksander Kroczak (POL) 9:1
1/4 final – Orxan Nuriyev – Yevgeni Gançev (BUL) 4:0
1/2 final – Feliks Baldauf (NOR) – Orxan Nuriyev 4:8
FİNAL – Kim Seungjun (KOR) – Orxan Nuriyev