Elmar Məmmədyarovdan ölkədən çıxışı ilə bağlı AÇIQLAMA

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

XALQ.AZ xəbər verir ki,açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bidlirib:

“Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, İstintaqa çağrılmamışam”.