Elmar Məmmədyarov: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün substantiv danışıqlara hazırdır”

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib.

 

XALQ.AZ  xəbər verir ki, Elmar Məmmədyarov müsahibəsində Xəzər dənizinin hüquqi statusu, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərə toxunub.

XİN rəhbəri Xəzər Dənizinin hüquqi statusu barədə imzalanan Konvensiyanı tarixi hadisə adlandırıb. Jurnalistin “Azərbaycan və Ermənistan liderləri Qarabağ münaqişəsinin nizamlanması üçün görüşə hazırlaşırmı? İlin sonuna qədər belə bir görüş mümkündürmü?” sualına Məmmədyarov belə cavab verib:

“Azərbaycan Azərbaycan münaqişənin mərhələli şəkildə həll olunması prosesini başlamaq məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə substantiv danışıqları davam etdirməyə hazırdır. Bundan əlavə, son vaxtlardakı danışıqların gedişatını izləsəniz, məhz rəsmi Bakının dəfələrlə nəticəyə – Azərbaycan torpaqlarının işğalına sona qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına, ardından isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarəetmənin geniş hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviq edilməsinin vacibliyini bildirdiyini görərsiniz.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli danışıqlar Azərbaycanın mənalı dialoqa hazır olduğuna bazir nümunədir.

“Təəssüf ki, Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”.

 

 

Orxan