Elmar Məmmədyarov Kiyevə yola düşüb

 

10

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 5 dekabr tarixində Ukraynanın Kiyev şəhərində keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.