Elmar Məmmədyarov Vyanaya getdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.

Bu barədə XALQ.AZ-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Səfər çərçivəsində E.Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.