Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.

XALQ.AZ  xəbər verir ki, Elmir Vəliyev hazırda  “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı  Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov deyib ki, Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.

Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri seçilmişdi.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.