Elnarə Qarabağ atlarına mahnı həsr etdi – Video

Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib.

XALQ.AZ xəbər verir ki, “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.

Klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansmblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırlıb.

“Qarabağ atları” klipində dünyaca məşhur Qarabağ atlarından bəhs edilib.

Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb.

XALQ.AZ