Elnarə xeyriyyə aksiyası keçirib

XALQ,AZ xəbər verir ki, müğənni Elnarə Xəlilova növbəti dəfə xeyriyyə aksiyası keçirib. Aişə adlı balaca qız üçün konsert proqramı təşkil edib. Tələbələri ilə birgə çıxış edən Elnarə hər kəsi Aişəyə yardım etməyə səsləyib. Müğənni və tələbələri 3 saatdan çox müddətdə sevilən və hit mahnıları ifa ediblər.

Qeyd edək ki, Bayramova Aişə 1 yaş 6 aylıqdır. Anadangəlmə fiziki qüsuru olan balaca qızın eşitmə problem var. Qulağı eşitmədiyi üçün danışa da bilmir. Əgər 6 ay ərzində əməliyyat olunmazsa ömrünün sonuna qədər lal-kar qala bilər. Aişənin probleminin həlli üçün 35 min manat pula ehtiyac var.