Elnur Abbaszadə: “Heydər Əliyev azərbaycançılıq məfkurəsinin yaradıcısıdır”

Azərbaycanın müasir tarixində milli öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz.

XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - AZƏRBAYCAN ...

Heydər Əliyevin dahi lider kimi fəaliyyəti öz mahiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxırdı. Ulu öndərimiz cəmiyyətin həlledici hissəsini arxasınca apara bilmişdir. Özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri zəruri səmtə yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində xalqın sonsuz rəğbət və etimadını, inamını qazanmışdır.

1993-cü ilin iyununda Azərbaycan dərin siyasi və iqtisadi böhran içərisində çapalayarkən, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşərkən məhz Heydər Əliyev dühası xalqımızı başının üsütünü almış bütün bəlalardan hifz edərək ölkəmizi xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək sabit inkişaf yoluna çıxarmışdır. İctimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetrmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını da özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin vahidliyini təmin edərək onun sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Həmin sistemin Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından düzgün olduğunu ötən illərin reallıqları da bir daha təsdiqləmişdir.

Heydər Əliyev həm də azərbaycançılıq məfkurəsinin yaradıcısı idi.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ümummilli lider azərbaycanhlara xas gözəl nə varsa, onların ha-mısını öz parlaq simasında bir araya gətirmişdir.

GƏNCƏ HEYDƏR ƏLİYEV MƏRKƏZİ

Heydər Əliyev idarəçiliyinin təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə ölkənin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli azərbaycançılıq ideologiyasını da yaratdı.

Ulu öndərin Azərbaycanın iqtisadiyyatının güclənməsinə ən boyük ve tarixin qızıl səhifələrinə yazılmış xidmətlərindən biri onun ölkəmizdə böyük uğurla həyata vəsiqə qazanmış neft strategiyasıdır. Bu ifadəni işlədərkən ilk öncə “Əsrin müqaviləsi” yada düşür. Bu strategiyanın reallaşması ulu öndərin uzaqgörənliyinin bəhrəsi idi. Vaxtı ilə bu ideyanı utopiya, xəyal adlandırən bəzi qüvvələr sonradan yanıldıqlarını etiraf etməyə məcbur oldular. “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqlarının istifadəyə verilməsi, “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin reallaşması da Heydər Əliyevin strategiyasının təntənəsidir.

Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq milli öndərimiz Heydər Əliyevi taleyinə yazıldı. Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail  oldu.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

Ulu öndər deyirdi ki, milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən biridir. O, bunun üçün çox böyük işlər gördü. Azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsinə nail oldu.

Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham , Əliyev tərəfindən ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb.

Elnur Abbaszadə, Hüquqşunas