Elnur Abbaszadə qərargah üzvləri ilə şəhidlər xiyabanını ziyarət edib – FOTO

XX əsrin sonunda tariximizə qara hərflərlə yazılmış, xalqımızın qəhrəmanlıq səlnaməsi olan Qanlı 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar olaraq növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsində deputatlğa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə bu gün Qərargah üzvləri ilə şəhidlər xiyabanını ziyarət edib.

XALQ.AZ xəbər verir ki, Elnur Abbaszadə şəhid valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib.

XALQ.AZ