Elnur Allahverdiyev bu dəfə onların evində oldu – FOTO

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev seçiciləri ilə fərdi görüşləri davam etdirir.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu dəfə E.Allahverdiyev Yasamal rayon sakini olan İbrahimxəlilovlar ailəsinin qonağı olub. Bu barədə namizədin feysbuk səhifəsində məlumat paylaşılıb.

E.Allahverdiyev bildirib ki, ailə ilə çay süfrəsi arxasında söhbət ediblər: “Ailənin bütün üzvləri səsvermədə iştirak edəcək. Seçicilərimizin fəallığı qələbəyə inamımızı daha da artırır”.