Elnur Allahverdiyev imzatoplama kampaniyasında

YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev imzatoplama kampaniyasına başlayıb.

XALQ.AZ-ın məlumatına görə, Elnur Allahverdiyev kampaniya çərçivəsində vətəndaşlarla görüşərək onlarla söhbət edib, problemlərini dinləyib.

O, sosial şəbəkədəki paylaşımında imzatoplama kampaniyasının uğurla davam etdiyini bildirib: “Hər evdə bir sevgi, hörmət, hər ünsiyyətimizdə sadə vətəndaşların gələcəyə nə qədər böyük ümidlə baxdıqlarını görürük. İnsanlar bu seçkilərin ölkədə aparılan islahatların davamı olduğuna əmindirlər. Azərbaycan vətəndaşının dövlətə, iqtidara inamı həmişəki kimi güclü və səmimidir. Bizi qələbəyə aparan əsas amil də elə bu inam, bu səmimiyyət olacaq!”.


XALQ.AZ