Elnur Allahverdiyev seçicilərinə hesabat verdi

Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçicilərinə növbəti hesabatını verib.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkələrdəki hesablarından paylaşdığı infoqrafikada deputat iyul ayı ərzində seçici müraciətləri, onların təmin olunması, pandemiya ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumat paylaşıb. Göstərilən müddətdə deputat 609 ailəyə ərzaq yardımı edib. Pandemiya dövründə bu yardım aksiyası davam edəcək.

E.Allahverdiyev yazıb ki, fəaliyyəti ərzində seçiciləri ilə daimi ünsiyyətdədir və onların problemlərinin həllində vasitəçi olmağa çalışır. Onun fikrincə, millət vəkili seçicisi qarşısında mütəmadi hesabat verməlidir.

Elnur Allahverdiyev hesabat xarakterli informasiyanı seçiciləri ilə gələcəkdə də bölüşəcəyini bildirib.

XAIQ.AZ