Elnur Məmmədli əməliyyat olunacaq

65

 

Cüdo üzrə olimpiya və Dünya çempiyonumuz Elnur Məmmədli oktyabr ayının sonları əməliyat olunmaq üçün Almaniyaya yola düşəcək. İdmançımızın qardaşı Rövşən Məmmədli bildirib ki dünya və avropa çempiyonumuz Elnur Məmmədli dizindən və diz qapağından aldığı zədələr nəticəsində əməliyyat olunacaq. İdmançımızın qardaşının bildirdiklərinə görə, Elnur Məmmədli dizindən bir neçə dəfə əməliyyat olunmasına baxmayaq, yenə yarışlarda iştirak etməkdən çəkinməyib.

“Həkimlər dəfələrlə ağır fiziki işlə məşğul olmaması barədə ona xəbərdar ediblər. Amma buna baxmayaraq o, yenə ağır fiziki əməklə məşğul olaraq dünya əhəmiyyətli yarışlarda iştirak edib. Nəticədə olimpiya çempiyonu dizindən aldığı zədə əməliyatlardan sonra da sağalmayıb”.

Elnur Məmmədlinin kariyerasını bitirməsi ilə bağlı məlumatlara isə qardaşı Rövşən Məmmədli belə cavab verib: “Həlləlik Elnurun belə bir qərarı yoxdur”.

Onun sözlərinə görə, cüdo üzrə dünya çempionumuz Almaniyada əməliyyat olunduqdan sonra bu barədə düşünəcək. “Əgər əməliyyat uğurlu keçərsə Elnur Məmmədli kariyerasını bitirməyəcək”.


Comments are closed.