Elşad Həsənov qəbul keçirib

Deputat Elşad Həsənov seçicilərlə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

Görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələləri qaldırıblar. Qəbulda əsasən məşğulluq, “Sovetski” ərazisindən köçürülməyə görə kompensasiya, əmlak mübahisəsi, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib.

Seçiciləri tək-tək qəbul edən deputat onların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini vəd edib.

Qeyd edək ki, qəbulda vətəndaşların səsləndirdiyi müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.