Elton Con “ərə gedir”

Elton

Britaniyalı müğənni Elton Con birlikdə yaşadığı Devid Fernişə qanuni olaraq ərə gedir. Xalq.az-ın məlumatına görə, nikah mərasimi may ayında baş tuta bilər. BBC-ə müsahibə verən Elton Con bildirib ki, Devid Fernişlə toylarına ən yaxın insanları dəvət etmək istəyirlər. Mərasimin özünün təvazökar bir tədbir kimi keçəcəyi gözlənilir. Ehtimal edilir ki, hər şey formal nikahkəsmə prosedürləri ilə məhdudlaşacaq. “Məncə, biz oğullarımız və şahidlərimizlə birlikdə bələdiyyə idarəsinə gedəcəyik”,-deyə Ferniş bildirib.

Keçən şənbə günü İngiltərədə və Uelsdə eynicinli insanların nikahını leqallaşdıran qanun qüvvəyə minib. Bu qanunun qüvvəyə minməsinə kimi Böyük Britaniyada gey və lezbiyanlara vətəndaş nikahı ilə birlikdə yaşamağa icazə verilir. Con və Ferniş də 2005-ci ildən vətəndaş nikahında yaşayır və onlar iki oğlan uşağını övlladlığa götürüb.