Elxan Məmmədov yeni səlahiyyət verildi

AFFA-nın vitse-prezidentləri və baş katibi müəyyənləşib.

XALQ.AZ-ın xəbərinə görə, İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında məsul vəzifələrə təyinatlar rəsmiləşib.

AFFA-da yeni təsis olunan icraçı vitse-prezident postu 2007-ci ilin iyulundan burada baş katib kimi çalışan Elxan Məmmədova həvalə edilib. O, eyni zamanda, əvvəlki vəzifəsini də icra edəcək.

Vitse-prezidentlərin sayı da 3-ə çatdırılıb. Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, Vaqif Sadıqov da bu postu tutacaq.