Elza: “Evsiz adamlar, adamsız evlər”

Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır. E.Seyidcahan bildirib ki, gələcəkdə Yazıçılar Birliyinə üzv ola bilər.
“Yazıçılar Birliyinə niyə də üzv olmayım? Yəqin ki, gələcəkdə Birliyin üzvü olacağam”.
Sonuncu şeirinin hələ yayımlanmadağını bildirən müğənni yeni şeirinin adını da ilk dəfə açıqlayıb.
“Düzdür hələ ki, mətbuatda yayımlanmayıb, amma yeni şeirim artıq hazırdır. Şeirin adı “Evsiz adamlar, adamsız evlər” adlanır”.
O, müəllifi olduğu “Mən dəlinin rəssamı” adlı kitabının Türkiyədə tərcümə olunub, satışa çıxarıldığını bildirib.
Kitab həmçinin ingilis dilinə də tərcümə edilib.
XALQ.AZ

Yeganə