EMİN 200 milyon dollar ziyan etdi
Moskvada yerləşən “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə dəymiş ziyan açıqlanıb.
XALQ.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarova istinadən məlumat yayıb.
“Biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group” üçün dağıdıcı təsir oldu, çünki terror aktından sonra ərazidəki bütün obyektlərin fəaliyyəti iflic vəziyyətə düşmüşdü və ziyarətçilərin sayı azalmışdı”, – “RİA Novosti” onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki “Crocus City Hall”da terror aktı törədilib, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.