Emin Ağalarov Nəcməddin Sadıkovun qızı ilə nişanlandı

Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov  Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilir ki, nişan mərasimi Moskvada baş tutub.

Bir neçə gün müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib. Müğənni bəstələdiyi musiqi barəsində danışarkən bunları qeyd edib: “Bu, mənim üçün gözlənilməz bir musiqidir”