Emin Ağalarov parti keçirdi – FOTO

Jara 2020″ beynəlxalq musiqi yarışmasına həsr edilən parti keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə Moskvada restoranların birində baş tutub.

Parti “Jara”nın ilk dəfə Soçidə keçirilməsinə həsr edilib. Gecəyə martın 14-də planlaşdırılan tədbirə qatılacaq müğənnilər gəlib.

Həmin gün gecədə Eminlə yanaşı Qriqoriy Leps, Eqor Krid, Sergey Lazarev, Qlyukoza, Jasmin və digər müğənnilər çıxış edəcəklər.

Qeyd edək ki, “Jara” Bakıda iyulun 29-dan avqustun 2-nə kimi keçiriləcək.

XALQ.AZ