Emin Ağalarovun boşandığı ikinci həyat yoldaşından ilk AÇIQLAMA – FOTO

Xalq artisti Emin Ağalarovun boşandıqdan sonra bir yaşlı Afina ilə tez-tez fotolar paylaşması “İnstagram” izləyiclərində uşağın onda qalması fikrini yaradıb.


XALQ.AZ xəbər verir ki, Alyona Qavrilova iddialara elə “İnstagram” səhifəsində cavab verib:  

“Qızımın mənimlə yaşadığını sübut etmək üçün onunla birgə fotolar paylaşmayacam. Bu faktdır! Biz ayrılmışıq! Bu haqda heç nə paylaşmıram və paylaşmayacam da. Söhbət burada bitsin! Hər kəsə uğurlar! Bu mövzu mənim səhifəmdə tamamilə bağlandı”.