EMİN Brilliant Dadaşova ilə bir arada (FOTO)

EMIN

Rusiyada yaşayıb fəaliyyət göstərən bəstəkar-müğənni EMİN (Emin Ağalarov) xalq artisti Brilliant Dadaşova ilə bir araya gəlib.

XALQ.AZ-ın məlumatına görə, həftə sonunu Nardaranda əkiz oğlanları Əli və Mikayıl ilə birlikdə keçirən EMİN Brilliant xanım ilə tədbirlərdən birində görüşüb.

Son zamanlar sosial səhifənin aktiv istifadəçilərinin sırasına daxil olaraq tez-tez şəkil paylaşan sənətçi Ağalarovla da kamera qarşısına keçib.
EMİN-lə şəkil çəkdirən Brilliant xanım həmin fotonu Facebook səhifəsində yerləşdirib. İki məşhur simanın birlikdə görüntüləri maraqla qarşılanıb.

Qeyd edək ki, Emin Ağalarov asudə vaxt tapan kimi övladları ilə istirahət etmək üçün Bakıya gəlir. Bu həftəni isə tanınmış iş adamı Araz Ağalarov ilə birlikdə Bakıya gəlib.

EMIN