Emin konsert verdi – Foto

Azərbaycanın Xalq Artisti, bəstəkar-müğənni Emin iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib.

 

XALQ.AZ xəbər verir ki, Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

Gənc müğənni Rusiya və dünya bəstəkarlarının kompozisiyaları ilə yanaşı, öz bəstələrini və hit mahnıları da ifa edib. Onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

Konsertdə müğənnini öz orkestri müşayiət edib.

Gürcüstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı gənclər konsertdə olublar.

 

Emin Tbilisidə ilk dəfə konsert verdi

 

 

Orxan