Emin Natalya Oreyronu Rusiyaya gətirdi

 

 

01Xalq.az Axşam.az-a istinadən  xəbər verir ki, uruqvaylı sənətçi orada 3 solo konsert verəcək. Bunlardan ikisi dekabrın 9-u və 10-da “Krokus Siti Holl”da, biri isə dekabrın 12-də Sankt-Peterburqun “Buz sarayı”nda baş tutacaq. Müğənni Rusiya paytaxtına atası, anası, 54 yaşlı həyat yoldaşı Rikardo Molyo və 1 yaşlı oğlu Merlin Ataualpa ilə birgə gəlib.

Qeyd edək ki, Natalya Oreyro Rusiyaya “Krokus Group” holdinqin dəvəti ilə gəlib. Azərbaycanlı iş adamı Araz Ağalarov və bəstəkar-müğənni Emin Ağalarovun şirkəti bir neçə gün əvvəl dünya ulduzu Elton Conu da Moskvaya gətirmişdi.