Emin Qazaxıstanda konsert verəcək

XALQ,AZ xəbər verir ki, tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanda konsert verəcək. O, “Bumeranq 2018” adlı solo konsert proqramı ilə mayın 11-də Astanada “Qazaxıstan” mərkəzi konsert zalında, 12-də isə Almatıda Respublika Sarayında çıxış edəcək. Konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Yeni tura “Bumeranq 2018” adı təsadüfi seçilməyib. EMİN təkcə Rusiya şəhərlərinə deyil, həm də indiyədək olmadığı ölkələrə getməyi planlaşdırır.

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.