Emin rus ulduzları ilə birlikdə həkimlər üçün oxudu – VİDEO

Rusiyanın məşhur “Qolos” (“Səs”) mahnı müsabiqəsinin gənc və istedadlı yetirmələrindən olan bəstəkar və müğənni Brendon Stoun həmkarlarını bir araya toplayaraq “#SpasiboDoktoram” (həkimlərə təşəkkür – red.) adlı mahnını təqdim edib.

XALQ.AZ xəbər verir ki, sözləri və musiqisi B.Stouna məxsus mahnı hamını evdə qalmağa və “qəhrəman” adlandırılan tibb işçilərinə yardım etməyə səsləyən, koronavirusla mübarizə aparan həkimlərə məşhur pop ulduzları tərəfindən özünəməxsus təşəkkür ifadəsidir.

Himnə çevrilən bu bəstə vaxtaşırı “Jara” musiqi telekanalında nümayiş olunur.

“Spasibo doktoram” mahnısı Xalq artisti Emin Ağalarov və rus estradasının populyar müğənniləri Lyubov Uspenskaya, Nərgiz Zakirova, Nikolay Baskov, Stas Mixaylov, Slava, Artik & Asti, İrina Dubtsova və Aleksandr Panayotov tərəfindən səsləndirilib.

XALQ.AZ