EMİNdən möhtəşəm Bakı konserti (FOTO)

E-11

Məşhur bəstəkar-müğənni Emin Ağalarov ötən gün “Yaşıl teatr”da növbəti dəfə pərəstişkarlarının qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib.
XALQ.AZ-ın məlumatına görə, yüksək keyfiyyətli işıq effektləri və səhnə dekorasiyası ilə göz qamaşdıran sənətçi səhnəyə çıxaraq hər kəsi salamlayıb. Daha çox Rusiyada olmasına baxmayaraq Bakını çox sevdiyini və sevənləri ilə birlikdə olmaqdan böyük zövq aldığını bildirib.

EMİN ilk olaraq sevilən mahnılarından ibarət popuri səsləndirib. Gecəyə xüsusi olaraq hazırlaşdığını deyən müğənni gecə boyunca rəqs edib, tamaşaçılarına xoş anlar yaşadıb.

Konsert proqramında ifaçının yaxın dostları onu tək qoymayıblar. Azərbaycanla yanaşı Rusiyadan da bir neçə yaxın dostu ona dəstək olmaq üçün Bakıya gəlib. Minlərlə tamaşaçının sırasında SSRİ xalq artisti, Azərbaycanın fəxri Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub. EMİN gecəyə qatıldığına görə xanıma təşəkkürünü bildirib və M.Maqomayevin repertuarından olan “O more-more” mahnısını səsləndirib.

Bu mahnıya görə hamı onu ayaq üstə alqışlayıb.

Maraqlı anlarla dolu keçən konsertə ifaçı pərəstişkarları ilə söhbət edib, zarafatlaşıb hətta bir neçə “selfie”də çəkdirib.

E-11

E-22

E-44