Eminin yeni klipi

 

 

Bəstəkar-müğənni Emin “Zvezdı nad Moskvoy” (“Moskva üzərində ulduzlar”) adlı mahnısına çəkdirdiyi klipi bu gün təqdim edib.

Xalq.az Axşam.az-a  istinadən məlumat verir ki ,sənətçinin bu mahnısın onun yeni albomunda yer alacaq.

Yaxın günlərdə işıq üzü görəcək diskdə Eminin rus dilində ifa etdiyi mahnılar olacaq.

12 mahnının daxil olacağı albomda müğənninin mərhum ifaçı Müslüm Maqomayevin səsləndirdiyi “Sinyaya veçnost”(“Mavi əbədiyyət”) mahnısı əsasında hazırlanan duet yer alacaq. Burada eyni zamanda “Amor” (“Sevgi”), “Ne işi menya” (“Məni axtarma”), “Tı ne odna” (“Sən tək deyilsən”) kimi bəstələr olacaq.

Eminin yeni klipini təqdim edirik.