Energetiklər öz peşə bayramlarını qeyd etmişlər

 

05

“Bakıelektrikşəbəkə” ASC-də Azərbaycan energetiklərinin peşə bayramı – Energetiklər Günü qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan ASC-nin idarə heyətinin sədri Baba Rzayev şəbəkədə ötən müddətdə görülən işlər barədə məruzə etmişdir.
B.Rzayev “Bakıelektrikşəbəkə” ASC-yə dövlət qayğısından, şəbəkənin sürətli inkişafından ətraflı söhbət açmışdır. Bildirilmişdir ki, ASC-də görülən işlər nəticəsində mühüm irəliləyişlərə nail olunmuş və abonentlərin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin olunmalarında ciddi nailiyyətlər əldə edilmişdir. Əməkdaşların böyük ruh yüksəkliyi ilə çalışdığını bildirən B.Rzayev şəbəkənin daha da inkişaf etməsi, modernləşməsi istiqamətində tədbirlərin davam edəcəyini vurğulamışdır.
Tədbirdə ASC-nin fərqlənən əməkdaşlarına hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.